Müxalifət səfirliklərlə görüşə başladı
13:54 08-12-2012
İQTİSADİYYAT
Müxalifət səfirliklərlə görüşə başladı
Amma nəticənin ürəkaçan olacağı gözlənilmir
Ictimai Palata yenidən aktivləşmək üçün bir sıra layihələri həyata keçirtməyə hazırlaşır. İlk növbədə İctimai Palata Ziyalılar Forumu ilə əməkdaşlığa hazırlaşır və güman edirlər ki, bununla da yeni birlik yarada biləcəklər. Bundan başqa hazırlanan memorondimum var və bütün partiyaların bu sənədə imza atmasına cəhd edilir.
Və sonuncu addım kütləvi aksiyaları davamlı etmək. Artıq bununla bağlı qərar qəbul olunub və İctimai Palata qanunsuz aksiyaya start verib. Həmçinin beynəlxalq təşkilatlar və bir sıra qərb dövlətləri ilə də danışıqlara start verilib. Bu baxımdan müxalifət liderlərinin son görüşünə önəm vermək lazımdır. Fransa Xarici işlər Nazirliyinin Kontinental Avropa İdarəsinin rəhbəri Erik Fournier və Fransanın ölkəmizdəki səfiri Paskal Monie AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərlə görüşüb.
Görüşdə ölkədəki ictimai siyasi vəziyyət müzakirə olunub. Xüsusilə seçkilərin yaxınlaşdığı bir vaxtda ölkədə demokratiya və insan haqlarının məhdudlaşdırılması, siyasi məhbusların taleyi, sərbəst toplaşmaq azadlığı ilə bağlı çətinliklər, son vaxtlar ölkə hakimiyyətinin saxtakar və kriminal mahiyyətinin ortaya çıxması ilə bağlı yaranmış yeni reallıqlar müzakirə mövzusu olub.
AXCP mətbuat xidmətinin verdiyi məlumata görə, görüşdə eyni zamanda ölkədə perspektivdə demokratik dəyişikliklərin, islahatların aparılması, Azərbaycan-Avropa Birliyi münasibətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Xüsusilə Avropa strukturlarının Azərbaycanın demokratikləşməsindəki rolu barədə söhbət açılıb. Diplomatlar və partiya liderləri demokratik fikir və ideyaların daha geniş kütlələrə yayılmasında internetin yaratdığı böyük imkanları da müzakirə edib. Bütövlükdə Azərbaycanın demokratikləşməsi, Avropa məkanına inteqrasiyası üçün atılan və atılacaq addımlar müzakirə olunub.
Ekspertlər bildirir ki, belə bir görüşün keçirilməsi Avropa Birliyinin Azərbaycandakı təmsilçisinin bəyanatından sonra gündəmə gəlib. Xatırladaq ki, AB-i rəsmisi bəyan etmişdi ki, Azərbaycanda prezidentliyə ən şanslı namizəd İlham Əliyevdir. Bu isə müxalifət üçün öldürücü zərbə idi və buna görə hazırda müxalifət liderləri AB-yə daxil olan ölkələrin səfirləri ilə görüşlər keçirirlər. Bəs bu görüşlər nələrlə nəticələnə bilər?
Ekspertlər hesab edir ki, bu gün qərb dövlətləri Azərbaycanla bağlı maraqlı mövqe tutublar. Mövqe isə bundan ibarətdir ki, iqtidarla müxalifət arasında gərginlik aradan qaldırılsın və dialoq təşkil olunsun. Hətta bir il öncə qərbin təzyiqi ilə İctimai Palata sistemli şəkildə təşkil etdiyi aksiyalardan imtina etdi. Bu gün isə müxalifət yenə də aksiyaların sayını artırmaq istəyir. Bildirilir ki, səfirliklər bu dəfə də müxalifəti yola gətirməyə çalışacaqlar. Bildirilir ki, artıq qərb açıq şəkildə bilir ki, mövcud müxalifət hakimiyyətə alternativ ola bilmir və bu səbəbdən ölkədə gərginliyin olmasını məqbul hesab etmirlər. Qeyd olunur ki, liderlərin Fransa səfirliyində ki, görüşündə də əsas müzakirə mövzusu sözsüz ki, aksiyalarla bağlı olub. Həmçinin belə görüşlərin keçirilməsi ilə həm də müxalifətə mənəvi dəstək verilir və bu o qədərdə təsirli olmur. Bu arada Bakı polisi İctimai Palatanın Milli Məclisin qarşısında razılaşdırılmamış aksiya keçirməsinə imkan verməyəcəyi ilə bağlı açıqlama yayıb.
Açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov qeyd edib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir: "Biz lazımı tədbirlərimizi görəcəyik. Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, qarşısı alınacaq".
Qeyd edək ki, İctimai Palata dekabrın 10-da saat 12.00-da Milli Məclisin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır. Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın müraciətinə mənfi cavab verib. İctimai Palata isə parlamentin qarşısında aksiya keçirməkdə israrlı olduqlarını bəyan edib.
Sonda bunu da qeyd edək ki, yaxın günlərdə müxalifət daxilində yeni prosesə də start veriləcək. Belə ki, vahid namizəd məsələsinin həll olunması üçün artıq müəyyən fikirlər səsləndirilir. Amma ekspertlər bildirir ki, müxalifət bu problemi həll edə bilməyəcək və bununla da İctimai Palata fəaliyyətini tam olaraq donduracaq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35
2024-12-19 17:02:00
2024-12-19 16:23:03
2024-12-19 12:32:00
2024-12-19 09:39:00
2024-12-19 09:33:16
2024-12-19 09:10:00
2024-12-18 23:52:54
2024-12-18 16:08:34
2024-12-18 11:50:23
2024-12-18 11:45:00
2024-12-18 11:32:44
2024-12-18 11:05:28