“Bu gün əmək pensiyaları iki hissəyə bölünür”.

Unikal.org xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Nazir müavini bildirib ki, hərbi qulluqçuların əməkhaqlarının artımı həyata keçirildikdə pensiyalarının məbləği artır: “Ancaq ümumi əsaslarla pensiyaların məbləği isə hər il dövlət başçısının müvafiq sərəncamları ilə indeksasiya əmsalı tətbiq olunmaqla həyata keçirilir. Dəyişikliklərdə heç bir halda hərbi qulluqçuların pensiya təminatının azalmasından söhbət getmir. Əksinə, bizim təklifimizin mahiyyəti ondan ibarətdir ki, hərbi qurumlarda çalışan şəxslərin pensiyalarının məbləği əməkhaqları artandan-artana yox, hər il indeksasiya edilsin”.

12:42

***

12:56

“Hərbi qulluqçuların pensiyasında müəyyən dəyişikliklərin edilməsi ilə bağlı məlumatlar yayılıb”. 

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat bildirib ki, bu məsələ ilə bağlı dünən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə danışıb: “Nazir mənə dedi ki, belə bir şey yoxdur. Düzdür, qanun layihəsi hazırlayırıq. Ancaq əsas məqsəd indeksasiya tətbiq etməkdir”.