Xüsusi rejimli karantin dövründə seçiciləri deputat Novruz Aslanov ilə onlayn əlaqə saxlayır. Əsasən telefon vasitəsilə problemləri barədə millət vəkilinə müraciatlər edirlər.
Unikal.org xəbər verir ki, millət vəkili avqustun 6-da İsmayıllı rayon sakinləri ilə növbəti belə qəbul keçirilib.
Belə ki, günün ikinci yarısı millət vəkili ilə telefon vasitəsilə fərdi qaydada İsmayıllı rayon sakinləri əlaqə saxlayıb və ona mövcud problemlər barədə məlumat veriblər. Müraciətlər əsasən şəxsi məişət problemləri ilə bağlı olub.
Bəzi məsələlər yerindəcə həllini tapıb, digər məsələlərlə bağlı əlaqədar strukturlara müraciətin ediləcəyi bildirilib.