Azərbaycan əsilli məşhur türk aktyoru Tamer Karadağlı "Jülide Ateşle 40" proqramının qonağı olub. 

Unikal.org xəbər verir ki, aktyor bir zamanlar keçmiş həyat yoldaşı Arzu Balkana etdiyi xəyanətlə bağlı açıqlama bildirib. "O vaxtkı açıqlamamda üzr istəməyə məcbur oldum, peşmanam. Mənim heç kimə verəcək hesabım yoxdur, kimsənin də həyatımıza qarışıb qərar vermək haqqı yoxdur", - deyə Tamer Karadağlı bildirib.