Hər bir dövlətin öz dövlətçiliyini möhkəmləndirə bilmək və dünyanın aparıcı dövlətləri ilə ayaqlaşa bilməsi üçün ən önəmli prioritet məsələlərdən biri əlbəttə ki,savadlı və yüksək intellektə malik gənc nəslin yetişdirilməsidir.Təhsilimizin sürətlə inkişaf etməkdə olan dünya təhsilinə inteqrasiya etməsi üçün həyata keçirilən ardıcıl islahatlar bu məsələnin həllinə yönəlmişdir.Eyni zamanda təhsil sahəsində infrastruktur məsələlərin həlli üçün görülən tədbirlər də gənc nəslin təlim-tərbiyə işlərini yüksək səviyyədə həyata keçirməsi üçün atılan vacib addımlardan biridir.
Lakin bildiyimiz kimi bütün dünyada başlayan COVID-19 pandemiyası bizim ölkəmizdən də yan keçmədi.Bütün ölkələrdə sürətlə yayılan bu virus dünyanın aparıcı ölkələrini iflic vəziyyətinə saldı.Çox sevindirici haldır ki,dünyanın bir şox ölkələrindən fərqli olaraq bu virusun törədə biləcəkləri fəsadları ölkə rəhbərliyi öncədən düzgün praqnozlaşdırdı və vaxtında lazımi addımlar atıldı.Xüsusi karantin rejiminin tətbiq edilməsi ölkə vətəndaşlarının xəstəlikdən qoruya bilinməsi üçün qəbul edilən vacib qərardır. Tez bir zamanda tikilən və istifadəyə verilən modul tipli xəstəxanaların yaradılması,tibbi maskalar istehsal edən fabrikin açılması,alınan tibb avadanlıqıları xəstəliyin sürətlə yayılmasının qarşısını alan tədbirlərdəndir. Görülən işlər nəticəsində koronovirusa qarşı mübarizə işində müsbət dinamika ğöz qabağındadır.Yoluxanların sayı,sağalanlardan qat-qat aşağıdır.Eyni zamanda sosial sahədə görülən tədbirlər də əhalinin pandemiya dövründə vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin koronovirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı 2020-ci il 6 avqust müşavirəsindəki çıxışında bildirdi ki,koronovirusla mübarizədə yaranan müsbət dinamika karantin rejiminin yumşalmasına şərait yaradır.Lakin bu problemin tam həll oluması deyil. Cənab İlham Əliyev bundan sonra da ciddi nəzarət mexanizminin olmasının vacibliyini vurğuladı.O, bildirdi ki, sanitar-epidemioloji normalar tam təmin edilməlidir,sosial məsafə təmin olunmalıdır,obyektlərdə göstərilən xidmətlər yeni qaydalar əsasında təşkil edilməlidir.Möhtərəm Prezidentimiz əsas məqsədin insanların sağlamlığı olduğunu ön plana çəkdi,digər məsələlərin ondan sonra gəldiyini bildirdi.
Bildiyimiz kimi,pandemiya təhsilimizə də öz təsirini göstərdi.Belə ki,mart ayının 3-dən başlayaraq tədris ilinin sonuna qədər bağça,məktəb və ali təhsil ocaqları karantin rejiminin tətbiqinə görə bağlandı.Təhsilimiz çox çətin və mürəkkəb bir problemlə qarşı-qarşıya qaldı.Təhsil cəmiyyətimizin və dövlətçiliyimizin qorunub saxlanılması üçün vacib amil olması da hamıya məlumdur. Bu problemin həlli yollarını çox çevik və rasoinal şəkildə həll etmək lazım idi. HəmAzərbaycan dövlətinin bu məsələyə ciddi şəkildə yanaşması, həm də Təhsil Nazirliyinin bu sahədə verdiyi düzgün qərarlar öz bəhrəsini verdi.
Qısa zaman çərçivəsində şagirdlərin təhsildə geri qalmamağı üçün teledərslər təşkil edildi,sonra isə “Virtual məktəb” layihəsi hazırlanıb istifadəyə verildi.Respublika üzrə şagird və müəllimlər bu platformadan qeydiyyatdan keçərək dərslərin tədrisini davam etdirdik.Bu platforma İKT-dən düzgün və səmərəli istifadə bacarığını təkmilləşdirdi. Şagirdlərlə hazırlanan təqdimatlar, dərslərin təşkil edilməsi,onlayn tapşırıq və oyunların dərs zamanı yerinə yetirilməsi,hazırlanan maraqlı ev tapşırıqları şagirdlərin marağına səbəb oldu.
Lakin layihələr bununla bitmədi.Yay tətilinin müəllim və şagirdlər üçün daha səmərəli şəkildə təşkil edilməsi məqsədi ilə müəllimlər üçün müxtəlif vebinar və təlimlər,şagirdlər üçün isə “Virtual məktəb”də dərnəklər(şahmat,rəqs,bədii qiraət,toxuma,əl işləri və s.) ,təlimlər (”STEM”,”Robototexnika”,”3 D Cad”, “eTwinning Plus”,”Rəqəmsal bacarıqların inkişafı” və s) təşkil edilərək vaxtlarının düzgün və səmərəli istifadə edilməsi təmin edildi.
Pandemiya dövründə təhsil sahəsində görülən işlər tədris sahəsi ilə yekunlaşmadı. Azərbaycan dövlətinin hər bir məsəlini qabaqcadan düzgün planlaşdırmasının nəticəsidir ki, heç bir məktəb tikintisi və təmiri dayandırılmadı. Bu işlər əvvəlki qaydada davam etdirilir. Həmçinin bütün sosial layihələr həyata keçirildiyi kimi təhsil sahəsində də bu işlər dayandırılmadı, əksinə genişləndirildi. Şəhid ailələrinin 16 yaşadək, ümumtəhsil məktəblərində təhsil alanlar üçün 18 yaşadək uşaqlarının hər birinə (ailə başçısını itirməyə görə aylıq əmək pensiyası ilə yanaşı aylıq sosial müavinətin də ödənilməsi bunun bariz nümunəsi olmaqla yanaşı, Cənab Prezidentimiz başda olmaqla Azərbaycan dövlətinin hər bir vətəndaşının yanında olduğunu sübut edir.
Yeni dərs ilinin başlanmasına az qalıb.İndi vacib məsələlərdən biri təlim prosesinin necə təşkil olunacağıdır.Ümidvaram ki,qısa bir zamanda tibb bu virusa qalib gələcək və pandemiya aradan qaldırılacaq.Biz müəllimlər və şagirdlər yenidən məktəblərdə görüşəcəyik.
Reallıq odur ki, həyatımızın butün sahələrində olduğu kimi təhsilimiz də koronovirusa qalib gəlir. Əlbəttə ki, təhsilimizin gözlənilməz pandemiya dövründə çətinliklərə qalib gəlməsinin səbəbi Azərbaycan dövlətinin bütün sahələrdə olduğu kimi təhsil sahəsində də həyata keçirdiyi düzgün və uzaqgörən siyasətinin nəticəsidir.
Azərbaycan müəllimi olaraq inanıram ki, bir çox çətinliklərdən qalib çıxan Azərbaycan xalqı Cənab Prezidentimizin rəhbərliyi ilə koronavirus pandemiyasına da qalib gələcək!
Kürdəmir şəhər T.İsmayılov adına 1 №-li tam orta məktəbin ”Qabaqçıl Təhsil işçisi” döş nişanlı, “Tərəqqi” medallı tarix müəllimi İbrahimova Gülbəniz Qeyrət qızı