Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavinini avtomobil vurub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub.

V.Həsənov başından xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.