Ağsu rayonu ərazisində zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a verilən məlumata görə, yerli vaxtla saat 22:43-də Pirqulu stansiyasından 14 km cənub-qərbdə Ağsu ərazisində qeydə alınmış zəlzələnin gücü 3,1 bal olub.
Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.