ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 1,01% artaraq 1 barelə görə 44,85 dollar təşkil edib.

Unikal.org xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,33% artaraq 41,77 dollar təşkil edib.