Bakı Nəqliyyat Agentliyi paytaxtın iki fərqli ərazisində sıxlıq səbəbi ilə ictimai nəqliyyatda fəaliyyət göstərən avtobusların hərəkət intervalında gecikmə olduğunu açıqlayıb.

Unikal.org xəbər verir ki, Q.Qarayev prospekti Özbəkistan küçəsi ilə kəsişmədə ("Koroğlu" m/st istiqamətində) yol nəqliyyat hadisəsi baş verib.

Hazırda hadisə baş verən yerədək hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

Sıxlıq səbəbindən Q.Qarayev prospektindən keçən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranır.

Eyni zamanda hazırda Moskva prospekti 20 Yanvar dairəsi istiqamətində və M.Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin çoxluğundan sıxlıq müşahidə olunur. Burda da xeyli sayda sərnişin avtobusunun intervalında gecikmələr yaranır.

Xatırladaq ki, bu gündən qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti bərpa edilib.