Tullantı sularının təmizlənərək texniki məqsədlər, o cümlədən suvarmada təkrar istifadə edilməsi və bu sahəyə özəl sektorun cəlb olunması üçün 14 avqust 2020-ci il tarixində saat 12:00-da ETSN-nin təşkilatçılığı və maraqlı tərəflərin iştirakı ilə videoformatda görüş keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, məqsəd bu istiqamətdə ixtisaslaşmış şirkətlərlə birgə əməkdaşlıq imkanlarını müzakirə etmək, sudan təkrar istifadə istiqamətində praktiki işləri sürətləndirmək və dövlət-özəl tərəfdaşlığı üzrə müvafiq iqtisadi mexanizmləri hazırlamaqdır.
Görüşdə iştirak etmək istəyən sahibkarlar və ya onların nümayəndələrindən adı, soyadı, təmsil etdiyi təşkilatın adı, qeydiyyat ünvanı barədə məlumatları [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Görüşün linki iştirakçıların poçt ünvanlarına göndəriləcək.
İştirakçılar daha ətraflı məlumat almaq üçün görüş üzrə əlaqələndirici şəxs-Faiq Mütəllimovla (+994 55 505 82 42) əlaqə saxlaya bilərlər.