“Qaz ilə göyərçinin əhvalatı” adlı qalmaqallı kitabın müəllifi Aygün Bal haqqında yazılanlara münasibət bildirib.
Unikal.org xəbər verir ki, müəllif Oxu.Az-a açıqlamasında bildirib ki, bu kitab 12 il əvvəl çap olunub:
“Altı-yeddi il bundan əvvəl kitab müzakirəyə səbəb olmuşdu. Kitab 150-200 nüsxə ilə çap olunub və yaxın adamlara verilib. Heç bir satışı həyata keçirilməyib. Kitab sırf təmsil kimi hazırlanıb.
Aygün Bal kitabın girişindəki açıqlama barədə də danışıb:
“Bu, sadəcə, redaktorun səhvidir. Biz kitabın satışı ilə məşğul deyilik”.