“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmandan indiyə qədər fəaliyyətində korrupsiya hüququ pozuntularına yol verən, vətəndaşın hüquqlarını süni maneə hallarına görə 39 hakim intizam məsuliyyətinə cəlb olunub”.
Unikal.org-un məlumatına görə, bunu Məhkəmə-Hüquq Şurası Aparatının Korrupsiyaya qarşı mübarizə və Məhkəmə monitorinqi sektorunun vəzifəsini icra edən Seyfəlpaşa Əliyev deyib.
O bildirib ki, həmin hakimlərdən 9-nun fəaliyyətinə xitam verilib, 4-ü isə daha aşağı işə keçirilib.