Məşhur estrada müğənnisi Flip Kirkorov koronavirusa yoluxub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kirkorov özü mətbuata açıqlamasında deyib: “Bəli, mən koronavorusa (COVİD-19) yoluxdum, amma xəstəliyi simptomsuz keçirdiyimdən kimsəni virusa yoluxdurmadım”.
O qeyd edib ki, iki həftə özünütəcrid şəraitində yaşadım və bundan sonra yenidən test elətdirdim: “Nəticə neqativ oldu, yəni virus aşkarlanmadı”.