Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 26-76-cı km-lik hissəsində (hər iki istiqamət) 13-15 avqust tarixlərində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Bu barədə Unikal.org-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Agentlik sürücülərdən sözügedən istiqamətdə qeyd olunan tarixlərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının və yol hərəkəti qaydalarının tələblərinə riayət etməyi xahiş edir.