“Instagram” modeli Yasmin Cecilaya evində təşkil etdiyi "parti"də baha başa gəlib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "Ex on the Beach" verilişi ilə məşhurlaşan model dəvət etdiyi qonaq tərəfindən şiddətə məruz qalıb. Qonşuların zəngindən hadisə yerinə gələn polis tərəfindən xilas edilən Yasmin Cecilanın beyin zədəsi aldığı bildirilib.
Model döyüldükdən sonra fotolarını sosial şəbəkələrdə paylaşaraq qeyd edib ki, şikayət etdiyi şəxs polis tərəfindən sorğu edildikdən sonra sərbəst buraxılıb.