2020-ci ilin birinci yarısında 4 781 məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.
Bu barədə Unikal.org-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Cəza müddəti başa çatdığı üçün və qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla 1 652 məhkumdan elektron qolbaqlar çıxarılmışdır.
3 129 nəfər elektron qolbaq tətbiq edilmiş məhkuma Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Monitorinq Mərkəzi tərəfindən fasiləsiz nəzarət həyata keçirilir.