“Nazirlər Kabinetinin qərarı ilə uşaqlara gülünc adların verilməsinə qadağalar qoyulub”.
Unikal.org xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı Vətəndaşlıq vəziyyti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.
Onun sözlərinə görə, həmin qərara qədər uşaqlara “Fındıq”, “Kələm” və s. adlar qoyulurdu ki, bu da onların çox zaman gülüş obyektinə çevrilməsinə səbəb olurdu:
“Sözügedən qərardan sonra bu problem həll edildi. Həmçinin bir çox adların Azərbaycan dilinə uyğun olmayan formalarının qoyulmasının da qarşısını alınır. Məsələn, “Muxammed” adı Azərbaycan dilində “Məhəmməd” kimi qeydə alınmalıdır”.