Dövlət İmtahan Mərkəzi 20 və 21 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan edib.
Mərkəzdən Unikal.org-a verilən məlumata görə, imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək.
İmtahanlarda kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə hər ixtisas qrupu üzrə imtahan aşağıdakı qrafikə uyğun 2 gün ərzində keçiriləcək.
Cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun imtahan mərkəzində imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun imtahan mərkəzində imtahan verirlər.
20-21 avqust 2020-ci il tarixlərində:
• cari və əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları;
• II, III və V ixtisas qrupları üzrə:
– ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;
– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) imtahanları keçiriləcək.
Tarix/İmtahan* |
20.08.2020 İmtahan mərkəzləri (cəlb olunan rayonlar) |
21.08.2020 İmtahan mərkəzləri (cəlb olunan rayonlar) |
Cari və əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları |
Nəsimi Səbail Nizami Yasamal Xətai Xəzər Sumqayıt (Sumqayıt, Xızı) Gəncə (Gəncə, Daşkəsən, Göygöl, Samux, Goranboy, Naftalan) Qazax-Ağstafa (Qazax, Ağstafa, Tovuz) Bərdə (Bərdə, Beyləqan, Tərtər, Xocavənd) Göyçay (Göyçay, İsmayıllı, Ucar) Lənkəran (Lənkəran, Astara, Lerik) Salyan (Salyan, Neftçala, Biləsuvar (Mehdili istisna)) Sabirabad (Sabirabad, Mehdili kəndi, İmişli, Füzuli) Şəki (Şəki, Oğuz, Qəbələ) Xaçmaz (Xaçmaz, Şabran, Siyəzən) |
Binəqədi Pirallahı Suraxanı Nərimanov Sabunçu Qaradağ Abşeron Mingəçevir (Mingəçevir, Yevlax, Ağdaş) Şəmkir (Şəmkir, Gədəbəy) Ağcabədi (Ağcabədi, Ağdam) Kürdəmir (Kürdəmir, Zərdab, Ağsu) Masallı (Masallı, Yardımlı) Cəlilabad (Cəlilabad) Şirvan (Şirvan, Hacıqabul, Saatlı) Zaqatala (Balakən, Zaqatala, Qax) Quba (Quba, Qusar) Şamaxı (Şamaxı, Qobustan) Naxçıvan |
II, III və V ixtisas qrupları üzrə: – ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı; – qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili). *9 illik orta təhsil bazasından kolleclərə sənəd verən abituriyentlər də yuxarıda qeyd olunan əlavə xarici dil imtahanlarını verəcəklər |
Xarici dilini və ya bölməsini dəyişən abituriyentlər bu imtahanlarını avqustun 21-də Bakı, Gəncə və ya Naxçıvan şəhərlərində verirlər. Abituriyentlər imtahandan bir neçə gün əvvəl çap edəcəkləri imtahana buraxılış vərəqəsində imtahan yeri ilə tanış olmalıdırlar |