Belarus Prezidenti Aleksandr Lukaşenko həmrəylik aksiyaları çərçivəsində müəssisələrin əməkdaşlarının etirazlarını şərh edib.

Unikal.org xəbər verir ki, bu barədə “BelTa” yazır.

“İlk növbədə, mən hələ sağam. Baxmayaraq ki, burada bəzi ara qatanlar prezidentin ölkəni tərk edərək xaricə getdiyini deyir. Bu gün ayın 14-dür və  biz sizinlə tikinti sahəsini müzakirə etməyə görüşmüşük”, - deyə dövlət başçısı tikinti sahəsi üzrə iclasın əvvəlində bildirib.

Lukaşenko vurğulayıb ki, hazırda ölkədə əmək kollektivlərini laxlatmağa çalışırlar. 

“Bizim mövqeyimiz birmənalıdır. Əgər insanlar işləmək istəyirlərsə, buyursunlar. Əgər kimsə işləmək istəmirsə, məcbur edən deyilik”, - deyə prezident qeyd edib.

Xatırladaq ki, Belarusda keçirilən seçkilərdən sonra ölkədə baş qaldıran etiraz aksiyalarında saxlanılanlara dəstək olaraq həmrəylik aksiyaları başlayıb. Belə ki, insanlar saxlanılanlara dəstək və zorakılığa qarşı ağ paltarlarda və əllərində güllərlə küçələrə axışıblar.

Eyni zamanda Lukaşenkonun ölkədə olmaması ilə bağlı xəbərlər yayılmışdı. Buna cavab olaraq hökumət tərəfindən dövlət başçısının bir müşavirədən toplantısının videosu paylaşılmışdı. Kadrlarda Lukaşenko "işləmək lazımdır" ismarışı verir. Lakin bunun köhnə kadrlar olduğu iddia edilmişdi.