"Şərq ölkələrində istehsal olunan kondisionerlər enerji sərfiyyatı ilə bağlı problem yaradır".
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Azərişıq" ASC-nin Enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli bildirib.
O qeyd edib ki, qərb ölkələrində istehsal olunan, yaxud qərbdə istifadə üçün istehsal edilən kondisionerlərdə belə problemlər olmur. "Təəssüf ki, ancaq Şərq ölkələrində istehsal olunan kondisionerlərlə bağlı problem olur", -deyə V.Nəbibəyli əlavə edib.