“İaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə saat 09:00-dan 22:00-dək icazə verilir. Bu müddətlə bağlı tələblərə əməl edilməsinə ciddi şəkildə nəzarət olunacaq”.
Unikal.org-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Samirə Musayeva bildirib.
Onun sözlərinə görə, müştərilər təsərrüfat obyektinə maska ilə daxil olmalıdır.
“Bu olmadıqda ya buraxılmamalı, buraxıldığı halda isə sahibkar tərəfindən maska ilə yerində təmin olunmalıdır”.
“Tələblərin pozulmasına görə inzibati cərimələr tətbiq olunacaq. Müəyyən fəaliyyət sahələri var ki, onların fəaliyyətinə, ümumiyyətlə, icazə verilmir.
Qadağan olunmuş fəaliyyət həyata keçirən təsərrüfat subyektlərinə qarşı qanunla müəyyən olunmuş cəzalar tətbiq olunacaq. Sahibkarlardan qeyd olunan tələblərə əməl olunmasını xahiş edirik”.