“Həftəsonlarında ictimai nəqliyyatın fəaliyyətini dayandırması hələ də qüvvədədir”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O xatırladıb ki, gələn həftədən ictimai iaşə, kafe və restorlanların fəaliyyəti bərpa edilir:
“Bundan sonra isə həftəsonu ictimai nəqliyyatın hərəkətinin növbəti həftələrdə bərpa olunması məsələsi müzakirə olunacaq”.