İqtisadiyyat Nazirliyinin karantin rejiminin zəruri qayda və tələblərinə əməl edilməsinə nəzarət tədbirlərin davam etdirir.
Unikal.org Nazirliyə istinadən xəbər verir ki, bu məqsədlə avqustun 14-də keçirdiyi monitorinqlər zamanı Nəsimi rayonunda “Alfredo Qadın Geyimləri” mağazasında, “Damla Geyim Mağazası”nda, “Kimone Ərzaq Mağazası”nda, “Karahanlı Lahmacun”da, Qaradağ rayonunda Ağamusa Şərifova, Ədil Niftəliyevə, Könül Vəliyevaya məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda “Total inşaat” mağazasında, “Ordubad market”də, “Avrora Aptek”də, Məhəmməd Abdullayevə, Zəka Rəsulzadəyə məxsus parça mağazalarında, Binəqədi rayonunda “Soliton” mağazasında, İlhamiz Məmmədova, Məhəmməd Məmmədova, Yaşar Həbibzadəyə, Gündüz Əhmədliyə məxsus ticarət obyektlərində, Xəzər rayonunda Vəfa Məmmədovaya, Məlikrza Rzayevə, Akif Quliyevə məxsus mağazalarda, "Zeytun Pharmaceuticals” MMC-yə məxsus aptekdə, Yasamal rayonunda Şahin Kərimova, Ceyhun Bünyadova, Elxan Əliyevə, Vüqar Əşrəfova məxsus mağazalarda, "SZ Lux Dent Stomatoloji Kabinet”də, Nərimanov rayonunda “Ayşən gözəllik salonu”nda, “Həcər gözəllik salonu”nda, “Müasir Psixologiya Mərkəzi”ndə, Gülayə Xanəliyevaya, Anar Kərimova məxsus mağazalarda, Sabunçu rayonunda “Panda Market”də, “24 Saat Market”də, Musa İmanova, Fərhad Ağaverdiyevə məxsus geyim mağazalarında, Suraxanı rayonunda Əsəd Abdullayevə, Ərtoğrul Əliyevə məxsus pərakəndə ticarət obyektlərində, Səbail rayonunda Orxan Məmmədova, Elmar Zeynalova, Orxan Dünyamalıyevə, Aysel Bəhramovaya, Emil İzqilova, Minayə Kazımovaya, Elman Hacıyevə, Zaur Quliyevə, Zaur Məmmədova məxsus mağazalarda, Xətai rayonunda “Elfa Geyim Mağazası”nda, “Naz Butik” ticarət obyektində, “Əli İdman Malları Mağazası”nda, “Şəbəkə Market”də, “Despina Geyim Mağazası”nda.
Qeyd edək ki, ümumilikdə monitorinq aparılmış 1 021 obyektin 86-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.