Yağışlı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.
Bu barədə Unikal.org Bakı Nəqliyyat Agentliyiə istinadən xəbər verir:
“Məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır. Bir daha bütün sürücülərə diqqətli olmağı, yağışlı hava şəraitini nəzərə almalarını və sürət həddini aşmamağı tövsiyə edirik”, - deyə məlumatda qeyd olunub.