Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 10 nəfər dünyasını dəyişib.
Unikal.org “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb. Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4687-yə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək təxminən 253,7 mindən çox insanda koronavirus aşkar olunub. Ümumilikdə 199,1 mindən çox xəstə sağalıb.