Belarus prezidentliyinə sabiq namizəd Svetlana Tixanovskaya Avropa Şurasına müraciət edib.
Unikal.org xəbər verir ki, o, Avropa ölkələrinin liderlərini avqustun 9-da keçirilən prezident seçkilərinin nəticələrini tanımamağa səsləyib.
“Öz səslərini müdafiə etmək üçün küçələrə çıxan insanlar hakimiyyətdən ikiəlli yapışan rejim tərəfindən döyülüb, azadlıqdan məhrum edilib, işgəncələrə məruz qalıblar. Yüzlərlə insan yaralanıb, ən azı iki nəfər ölüb. Bu, elə indi Avropanın mərkəzində baş verir”,- deyə siyasətçi bildirib.
Onun sözlərinə əsasən, ölkənin Milli Koordinasiya Şurası beynəlxalq müşahidəçilərin iştirakı ilə ədalətli və demokratik seçkilər elan edəcək.