ABŞ-ın Demokratlar Partiyası rəsmi şəkildə sabiq vitse-prezident Cozef Baydenin prezidentliyə namizədliyini irəli sürüb.
Unikal.org xəbər verir ki, Miluokidə virtual keçirilən qurultaydə səsverməsinin nəticələrinə əsasən, C.Bayden partiya nümayəndələrinin daha çoxunun dəstəyini qazanıb.
Birləşmiş Ştatalarda noyabrın 3-də keçiriləcək prezident seçkilərində C.Bayden cari dövlət başçısı Donald Trampa rəqib olacaq.