ABŞ lideri Donald Tramp üçüncü müddətə prezidentliyə getməyə hazırlaşır.
Unikal.org xəbər verir ki, bu barədə Amerika lideri Viskonsin ştatında Oşkoş şəhərində seçicilərə qarşı çıxışı zamanı deyib.
"Biz növbəti 4 ili qazanacağıq. Sonra isə daha dörd il uğrunda mübarizə aparacağıq, çünki onlar mənim kampaniyama müdaxilə ediblər. Biz bu dörd ili təkrarlamalıyıq”, - deyə Tramp vurğulayıb.
Qeyd edək ki, ABŞ Konstitusiyasına əsasən ölkədə prezidentliyə üçüncü dəfə namizədlik vermək qadağandır. Lakin Tramp 2020-ci ildə seçkilərdə qələbə çala bilmədiyi halda, 2024-cü ildə bir daha namizədliyini irəli sürə bilər.