Belarus Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasının nəticəsinə əsasən, ölkəyə “silah və döyüşçülərin” gətirilməsinin, eləcə də etiraz aksiyalarının maliyyələşdirilməsi məqsədilə vəsaitin daxil olmağının qarşısını almaqla Dövlət Sərhəd Xidmətinə sərhədin mühafizəsini gücləndirməyi tapşırıb.

Bu barədə Unikal.org Belarus KİV-lərinə istinadən xəbər verir.

“Maliyyə axını və kanallarının qarşısının alınmasında Xüsusi Xidmətlə yanaşı Sərhəd Xidməti də iştirak etməlidir”, -deyə Lukaşenko bildirib.

Dövlət başçısı, həmçinin Müdafiə Nazirliyinə də göstəriş verib.

“Müdafiə Nazirliyi NATO qoşunlarının Polşa və Litvadakı hərəkətlərini diqqətlə izləməlidir. Biz onların hərəkətlərinin istiqaməti və niyyətini təqib etməliyik”, - ölkə başçısı vurğulayıb.