ABŞ-ın Virciniya-Biç şəhərində Stefani Blanko adlı qadın susuzluğu sayəsində yarım milyon dollar qazanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, çimərliyə getdikdən sonra maşınını təmizləyən Stefani susuzluğunu yatırmaq üçün mağazadan enerji içkisi almağa gedib. Lakin içkidən əlavə, o, "100X The Money" lotereya biletini də almaq qərarına gəlib.

Bilet Blankoya yarım milyon dollar dəyərində olan əsas mükafatı qazandırıb. Bu pulla qadın ev almağı və ailəsinə kömək etməyi planlaşdırır.