"Xarici aktorların Belarusa mövqeyi keçmiş Sovet bölgəsinə qarşı aparılan mübarizənin məhsuludur, eyni vəziyyəti Ukraynada da gördük".
Unikal.org xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib.
Belarusdakı vəziyyətdən narahat olduqlarını deyən Lavrov məsələnin tamamilə geosiyasətlə bağlı olduğunu söyləyib.