Türkiyədə son 24 saat ərzində daha 23 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 039 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 303 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 253 108 nəfərə çatıb.
Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 002 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 233 915 nəfər təşkil edir.