İranda Məhərrəmlik ayında pandemiya şəraitində keçirilən mərasimlərin internet üzərindən canlı yayımı təşkil olunub.
Unikal.org xəbər verir ki, bu sözləri İslam Dininin Təbliği Təşkilatının sədri Hüccətülislam Qumi deyib.
O bildirib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə "Təkiyə” adlı platforma yaradılıb. Bu platforma vasitəsilə insanlar Aşura mərasimlərini internet üzərindən canlı izləyə biləcəklər.
Qeyd edək ki, Məhəmməd Peyğəmbərin nəvəsi imam Hüseyn və onun 72 tərəfdarının Kərbəla çölündə şəhid edilməsinin ildönümü İranda matəm mərasimləri ilə qeyd olunur. Bu il Aşura mərasimi avqustun 29-da olacaq.