Türkiyədə yeni növ koronavirusa (COVİD-19) qarşı 13 fərqli vaksinin hazırlanması üzrə işlər aparılır.
Unikal.org-un "TASS"a istinadən verdiyi məlumata görə, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
"Türkiyə 13 vaksinin hazırlanması üzrə işlər davam etdirilir. Vaksinlərdən üçünün heyvanlar üzərində sınağı başa çatıb" - deyə F.Koca qeyd edib.