“Aleksey Navalnı hazırda komadadır, o, ağciyərlərin süni ventilyasiyası cihazına qoşulub”.

Unikal.org xəbər verir ki, bu barədə siyasətçi Lyubov Sobol “Facebook”da yazıb.

****

09:19

Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri Aleksey Navalnıy xəstəxanaya yerləşdirilib.

Unikal.org xəbər verir ki, bu barədə onun mətbuat katibi Kira Yarmış “Twitter”də bildirib. Mətbuat katibinin sözlərinə görə, Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı A. Navalnıy özünü pis hiss edib, təyyarə Omska təcili eniş edib.

K. Yarmış müxalifət liderinin huşsuz vəziyyətdə toksiki zəhərlənmə ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini qeyd edib.