Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 9 yoluxma halı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 370 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6 903 nəfər karantində saxlanılır, 278 nəfər isə stasionar şəraitdə müalicə olunur.Virusa yoluxanlardan 1 108 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.