Rusiyada son sutka ərzində daha 4 785 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 942 106 nəfərə çatıb.Son sutka ərzində 110 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 16 099 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.