Belarus müxalifətinin Koordinasiya Şurası Rusiya ilə əlaqələrə hazırdır.
Unikal.org-un xəbərinə görə, bu barədə rəyasət heyətinin üzvü, respublikanın sabiq Mədəniyyət naziri Pavel Latuşko bildirib.
“Qəti. Biz öz mövqeyimizi izhar etməyə, bu və ya digər formada təqdim (vəziyyəti görməyimizi) etməyə hazırıq”, - deyə Latuşko jurnalistin “müxalifətin Rusiya tərəfi ilə əlaqəyə girməyə hazır olub-olmaması” ilə bağlı sualına cavab verərkən deyib.
Koordinasiya Şurası avqustun 19-da müxalifət arasında Rusiya ilə əlaqələrin dayandırılması və ya məhdudlaşdırılması proqramının mövcudluğunu inkar etmişdi.