İranda daha 139 nəfər koronavirusun qurbanı olub.

Unikal.org IRNA-ya istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, İranda, ümumilikdə, 20 264 nəfər pandemiyanın qurbanı olub.

Son sutkada daha 2 279 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 352 558-yə yüksəlib.

Məlumatda həmçinin 3 869 nəfərin ağır vəziyyətdə olduğu, 304 236 nəfərin isə sağaldığı vurğulanıb.