Avqustun 12-dən 19-dək Tokioda kəskin istilər səbəbindən ən az 28 nəfər ölüb, ayın əvvəlindən bəri isə qurbanların ümumi sayı 131-ə çatıb.
Unikal.org xəbər verir ki, ölənlərin hamısı 50 yaşdan yuxarıdır. Qeyd edilir ki, onların əksəriyyəti evlərində ölü tapılıb.
Bu həfət Yaponiyada yayın ən isti günləri müşahidə edilib. Xamamatsu şəhərində temperatur 41,1 dərəcəyədək qalxıb.