Deputat Siyavuş Novruzov həyat yoldaşı Ombudsman Səbinə Əliyeva ilə birgə AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsinə münasibət bildirib.

Unikal.org xəbər verir ki, Siyavuş Novruzov Yenisabah.az-a müsahibəsində bildirib ki, toy bütün qayda-qanunlara uyğun şəkildə həyata keçirilib:

"O toy bütün qayda-qanunlara uyğun olaraq keçirilib. Yəni, Azərbaycan hökumətinin açıq havada oturmaqla bağlı qərarı var. O qərara əməl olunub. Hər bir masanın arasında 3-4 metr məsafə var idi. Biz hamımız məsafəni gözləmişik. O videonu kim necə çəkib özü bilər. Mən  boyda kişinin sözünü qoyub,  videoya inanırsız. Mən çəkən kimdi onu da bilirəm".