“Bütün dünyada olduğu kimi, Azərbaycanda da ən çox COVID-19 xəstələrini ağciyər çatışmazlığından itiririk”
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik klinikasınının reanimasiya şöbəsinin müdiri Emil Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, müddət uzandıqca ağciyərin sağalması gecikir və fibrozlaşma deyilən vəziyyət başlayır:
“Əsas ölüm səbəbi budur”.