“Yumşalmaya getməyimiz mərhələli şəkildə həyata keçirilir. Məqsədimiz də odur ki, sanitar-epidemioloji vəziyyətə nəzarət edək”.
Unikal.org xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
“Hazırda situasiya nəzarət altındadır. Müzakirələr aparılır. Yoluxma sayında artım isə göz önündədir”, - o bildirib.