“Toyların və ya hər hansı yığıncaqların keçirilməsi ilə əlaqəli qeyd etmək istəyirəm ki, ölkəmizdə tətbiq olunan karantin qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir”.
Unikal.org xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, bu qərar dövlət tərəfindən verilir:
“Hər birimiz - istər həkimlərin, istər adi vətəndaşlarımızın bu karantin qaydalarına riayət etmək borcumuzdur. Buna həkim olaraq fikrimi bildirə bilərəm. Başqa tərəfdən, bu prorseslərin qiymətləndirilməsi aidiyyəti qurumlar tərəfindən aparılır”.