Qazax şəhəri Əliağa Şıxlinski küçəsində "CARÇIOĞLU GROUP" MMC tərəfindən "Gilliyin stadionu"nun alınaraq "Yaşayış Kompleksi" tikiləcəyinə dair  məlumatlar yayılıb.

Unikal.org-a açıqlama verən “CARÇIOĞLU GROUP" MMC-nin Mətbuat xidmətinin rəhbəri Səbinə Yusif  bildirib ki, "Gilliyin stadionu" deyilən ərazi rəsmi şəkildə stadion kimi dövlət qeydiyyatında olmayıb: “Ərazi iş adamı Elçin Carçıyevə məxsus deyil. Rauf Hüseynov Qazax RİH-nin başçısı işləyəndə həmin yer H.Qalibə satılıb. Ərazi isə yuxarıda qeyd olunan kimi stadion olmayıb. 36 mənzillik tikintisi yarımçıq qalmış yaşayış binası kimi dövlət qeydiyyatında olub. Xəbərdə stadion kimi qeyd olunan ərazinin rəsmi ünvanı və Dövlət Əmlak Komitəsindən verilən çıxarışı diqqətinizə çatdırırıq".