Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinə direktor təyin olunub.

Unikal.org "Report"a istinadla xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə filologiya elmləri doktoru, professor Sevinc Novruz qızı Əliyeva təyin edilib.

Qeyd edək ki, S.Əliyeva daha əvvəl AMEA-nın Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, Baş Nazirin imzaladığı digər sərəncama əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurası tərkibi də təsdiqlənib.

Şuranın sədri

Möhsün Nağısoylu – Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik

Şuranın üzvləri:

Aslan Aslanov – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri

Bəxtiyar Sadıqov – “Azərbaycan” qəzetinin baş redaktoru

Nizami Cəfərov – Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik

Mahirə Hüseynova – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor