Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət bu gün cərrahiyyə əməliyyatı olunub, əməliyyat uğurlu keçib.

Unikal.org-un məlumatına görə, bu barədə APA-ya açıqlamasında Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib.

S. Şövkətin sözlərinə görə, hazırda Lalə Şövkət reanimasiyadadır: “Vəziyyəti protokola uyğundur”.

***09:36

Azərbaycan Liberal Partiyasının (ALP) lideri, professor Lalə Şövkət bu gün əməliyyat olunacaq.

Unikal.org xəbər verir ki, bu barədə partiyanın sədri Əvəz Temirxan bildirib.

"Bu gün saat 10-da Bakı xəstəxanalarından birində Azərbaycan Liberal Partiyasının və Milli Birlik Hərəkatının lideri Lalə Şövkətin üzərində ciddi cərrahiyyə əməliyyatı keçiriləcək", - o əlavə edib.

Qeyd edək ki, bir neçə gün öncə L.Şövkətin səhhətində ciddi problemlər yaranıb.