Azərbaycanda indiyədək ümumilikdə 35105 nəfər koronavirus infeksiyasına yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, onlardan 32842 nəfər müalicə olunaraq sağalıb, 515 nəfər vəfat edib, aktiv xəstə sayı 1748 nəfərdir.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb. Ölkədə son sutka ərzində 6557, hazırkı dövrədək isə 868345 test aparılıb.