Rusiya ilə Orta və Yaxın Mənzilli Raketlərin ləğvi haqqında Müqavilə (INF Müqaviləsi) pozulduqdan sonra ABŞ yeni növ silahların istehsalına başlayacaq. 

Unikal.org xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Maykl Pompeo bildirib.  

Onun sözlərinə əsasən, ABŞ “zərərli” sazişdən “Rusiya aqressiyasının qarşısını almaq üçün” ötən ilin avqustunda çıxıb.

Pompeo qeyd edib ki, ABŞ orta və yaxın mənzilli raketlər istehsal etməyi və tərəfdaşlarını dəstəkləməyi planlaşdırır.