“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bundan sonrakı səylər üçün baza qalırmı, bu səylərin səmərəliliyini necə artırmaq olar? Bildirmək istəyirəm ki, münaqişənin nizamlanmasına dair baza kifayət qədər ciddi şəkildə hazırlanıb və bu bazanı itirmək çox acınacaqlı olardı”.
Unikal.org-un verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında deyib.
Rusiyalı naziri bu bazanı itirmək cəhdlərinin olduğunu da bildirib: “Təəssüf ki, biz belə cəhdlər görmüşük. O cümlədən danışıqların tərkibinin dəyişdirilməsi cəhdləri də bura daxildir. Hansı ki, həmsədrlər tərəfindən qəbuledilməzdir və biz bu barədə açıq bəyan etmişik”.